
Müəllif: Asan Əməllər Kitabından
Bir müsəlmanın ehtiyacını qarşılamaq, ona kömək etmək və ya kədərini aradan qaldırmaq çox böyük savabdır. Peyğəmbər ﷺ bunun haqqında bir çox əcr və savab vəd etmişdir.
Abdullah ibn Ömər Peyğəmbərin ﷺ belə buyurduğunu nəql etmişdir: "Kim bir müsəlman qardaşının ehtiyacını qarşılayarsa, Allah ﷻ da onun ehtiyacını qarşılayar. Kim bir müsəlmanın sıxıntısını qarşılayarsa, Allah ﷻ Qiyamət günü onun sıxıntısını qarşılayar." (Sünəni-Əbu Davud)
Birinə yol göstərmək, yükünü qaldırmağa yardım etmək, qısası, Allahın ﷻ yaratdıqlarına ediləcək hər cür xidmət bu hədisdəki fəzilətə daxildir.
Başqalarına faydalı olan şəxslər Allahın ﷻ qatında çox dəyərli insanlardır. Bir hədisdə belə keçməkdədir: "İnsanların ən xeyirlisi insanlara faydalı olandır."
O halda, istər balaca olsun, istər böyük olsun, məxluqata xidmət üçün fürsətlər axtarmalıyıq. Belə etməklə insanın yaxşılıqları artar.
Eyni şəkildə, zülmə məruz qalan birini zülmdən qurtarmaq üçün mümkün olduğu qədər çalışmaq hər müsəlmanın üzərinə fərzdir. Bir hədisdə Peyğəmbər ﷺ belə buyurur: "Müsəlman müsəlmanın qardaşıdır. Onu köməksiz buraxmaz, ona yalan danışmaz, ona verdiyi sözü tutar və ona zülm etməz." (Sünəni-Tirmizi)
Başqa bir hədisdə belə keçməkdədir: "Bir müsəlman digər müsəlmana haqsızlıq edildiyində və ya qürur və şərəfinə dil uzadıldığı zaman ona kömək etməzsə, Allah ﷻ da yardıma möhtac olduğu zaman ona kömək etməz. Digər tərəfdən, bir müsəlmana haqsızlıq edilərkən və ya onun qürur və şərəfinə dil uzadıldığı zaman onu müdafiə edərsə, Allah ﷻ yardıma möhtac olduğu zaman ona yardım edər." (Sünəni-Əbu Davud)
Həmçinin, haqqında yanlış ittiham olunan, iftira atılan və yanlış sözlər sərf edilən bir müsəlmanı müdafiə etmək ona kömək etmək deməkdir. Belə ki, Həzrəti Əbu Dərda Peyğəmbərin ﷺ belə buyurduğunu rəvayət etmişdir: "Kim müsəlman qardaşının şərəf və izzətini müdafiə edərsə, Allah ﷻ Cəhənnəm alovunu ondan uzaqlaşdırar." (Sünəni-Tirmizi)